Peşəkar mühasib sertifikatı müddətinin son ilində növbəti sertifikat üçün imtahanda iştirak etmək tələb olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Əgər şəxs iki dəfə sertifikat alarsa, sonuncu sertifikat ömürlük verilir.
Ömürlük sertifikat sahibləri əlavə imtahana cəlb olunmur.
Bu qayda peşəkar mühasib fəaliyyətinin davamlılığını təmin edir.