Qiymətli və keyfiyyətli tütün istehsalı üçün dövlət proqramı tütünçülüyün inkişafını və yeni sortların tətbiqini nəzərdə tutur.

Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.

Proqram çərçivəsində ətirli tütün sortlarının istehsalı, texnologiyaların yenilənməsi və maliyyələşmə tədbirləri planlaşdırılır. Onun icrası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.