Sabirabadda qardaş bacısını ov tüfəngi ilə qətlə yetirib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Murtuz Xudaverdi oğlu qısqanclıq zəminində bacısı 1983-cü il təvəllüdlü Məmmədova Ülviyyə Xudaverdi qızını ov tüfəngindən atəş açmaqla qətlə yetirib.
M. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdıma aparılır.