Tütün məhsullarının qutularında sağlamlığa zərər barədə xəbərdarlıq yazısı qalın və silinməz formada olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
Yazı gizlədilməməli, örtülməməli və qutunun açılması zamanı zədələnməməlidir. Bu qayda istehlakçıların sağlamlıq riskləri barədə aydın məlumat almasını təmin edir.
