Ermənistan artıq bu gün Türkiyədən yük maşınlarının Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Biz bunu təklif edirik, çünki artıq hazırdır”, – Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

Qeyd edək ki, Paşinyan daha əvvəl də Ermənistanın yük maşınlarının Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə Marqara-Yexeqnadzor-Sisian-Qoris marşrutu ilə tranzitini təmin etməyə hazır olduğunu bəyan edib.