Ağdərə rayonunda mina hadisəsi baş verib.

Heftelik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

1990-cı il təvəllüdlü Bərdə kənd sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdərə rayon prokurorluğunda araşdırma aparılır.

16.11.2025-ci il tarixində saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasiyentin üzərində sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya əməliyyatı icra olunub. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.