İtirilmiş müvəqqəti və ya daimi yaşamaq icazələrinin yenidən verilməsi 10 manat rüsumla təmin olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
Azərbaycan vətəndaşlarının qeydiyyata alınması 2 manatdır. 16 yaşından sonra daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin vəsiqəsi 6 manatdır. 30 gündən artıq yaşamaq istəyən şəxslər üçün qeydiyyat vəsiqəsi 10 manatdır.
