Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sonuncu oyununu bu gün keçirib.
Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma Fransa kollektivini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:00-da start götürüb. Baş hakim latviyalı Andris Treimanis olub.
Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
21:00 Azərbaycan – Fransa 1:3
Qol: Renat Dadaşov, 4, Con Mateta, 17, M. Akliuş, 30, Ş. Məhəmmədəliyev(ö.q) 45
Baş hakim: Andris Treymanis (Latviya).
