Törəmə cəmiyyətləri olan iri, orta və kiçik sahibkarlar konsolidə edilmiş hesabatları beynəlxalq standartlara uyğun tərtib etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Əgər əsas və törəmə qurumlardan biri hesabatı beynəlxalq standartlara uyğun tərtib edirsə, bu tələblər bütün qrup üçün keçərlidir.
Qanun bu hesabatların vahid formatda dərcini təmin etməyə yönəlib.
Bu addım maliyyə şəffaflığını və nəzarəti gücləndirəcək.