Büdcə təşkilatları və bələdiyyə orqanları maliyyə hesabatlarını müvafiq beynəlxalq standartlara uyğun tərtib edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Qeyri-hökumət təşkilatları icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formaya əsasən hesabat hazırlayırlar.
Siyasi partiyalar sadələşdirilmiş mühasibat uçotu qaydalarına uyğun hesabat verirlər.
Digər qeyri-kommersiya təşkilatları fəaliyyət xüsusiyyətlərinə görə beynəlxalq standartlara əsasən hesabat tərtib edirlər.