Qubada hindistanlı turist öldü

17 Noyabr 2025, 17:00

Quba rayonunda avtomobil Hindistandan olan turisti vuraraq öldürüb.

Heftelik.az xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib.

Bildirilib ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mansur Xanı avtomobil vurub.
M.Xan müxtəlif xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.