Soyadın, adın və ata adının dəyişdirilməsi üçün dövlət rüsumu 10 manatdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik və düzəlişlərin bərpası üçün şəhadətnamə 2 manatdır. Təkrar şəhadətnamələr də eyni məbləğdə verilir. Xaricdə istifadə üçün eyni cür şəhadətnamələr 11 manat rüsuma tabedir.