Dövlət rüsumundan AZADOLMALAR

18 Noyabr 2025, 01:13


Xidməti və diplomatik pasportlar, bəzi müqavilələr üzrə sorğular və dövlət nümayəndə heyəti üzvləri üçün rüsum tutulmur.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Əmlakın bağışlanması və vəsiyyətnamələrin təsdiqi dövlət maraqları üçün ödənilmir. Xarici ölkələrdən deportasiya, readmissiya və insan alveri qurbanı olanlar da azadolma hüququna malikdir. 18 yaşına çatmayan Azərbaycan vətəndaşlarına qayıdış şəhadətnaməsi ödənişsiz verilir.