“Cloudflare” “bulud” xidmətinin işində genişmiqyaslı nasazlıq baş verib, bununla əlaqədar dünya ölkələrində və Azərbaycanda bir çox saytlar işini dayandırıb.

Heftelik.az xbər verir ki,  “X” sosial şəbəkəsi və “Spotify”-ya girişdə də problemlər yaşanır.

Bununla yanaşı, “ChatGPT”nin işində fasilələr müşahidə olunur.

“Downdetector”un məlumatlarına görə, ən çox şikayətlər Böyük Britaniyadan – 8,7 min, ABŞ-dən – 4,9 min, Yaponiyadan – 4,1 min, Almaniyadan – 2,7 min, İspaniyadan – 1,7 min, Fransadan – təxminən 1,7 min, İtaliyadan – 1,4 min daxil olub.

ABŞ şirkəti “Cloudflare”in əsası 2009-cu ildə qoyulub. O, CDN xidmətləri (məlumatların sürətli çatdırılmasını təmin edən şəbəkə infrastrukturu), DDoS-hücumlarından qorunma, resurslara təhlükəsiz giriş təqdim edir.