Efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar.
Heftelik.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, bunu mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.
“Adi bir vətəndaş sosial şəbəkədə “Mədəniyyət naziri hara baxır? Niyə telekanallarda bayağı musiqi geniş yayılır?” yazsa, bu başadüşüləndir. Amma bunu bir mədəniyyət xadimi soruşanda artıq qəbulolunan deyil. Müxtəlif media platformalarının mövcud olduğu şəraitdə bütün problemləri yalnız nazirliyin üzərinə qoymaq doğru yanaşma deyil. Hər kəs əvvəlcə öz fəaliyyətinə məsuliyyətlə yanaşmalı və dəyişikliklərə özündən başlamalıdır. Məsələn, efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar”, – deyə mədəniyyət nazirinin müşaviri qeyd edib.
