
Bir və ya daha çox törəmə cəmiyyətə malik ictimai əhəmiyyətli qurum konsolidə edilmiş hesabat hazırlamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Bəzi hallarda konsolidə hesabatlar tərtib olunmaya bilər.
Şərtlər arasında yekdilliklə qərar qəbul edilmə, açıq bazarda qiymətli kağızların olmaması daxildir.
Əsas cəmiyyət hesabatları tərtib edibsə, törəmə cəmiyyət hazırlamayacaq.
