Azərbaycan Respublikasına idxal olunan tütün məhsulları yalnız keyfiyyət sertifikatı və uyğunluq sənədləri olduqda qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
İdxal yalnız dövlət reyestrində qeydiyyatdan keçmiş məhsullara icazə verilən hallarda mümkündür. Məqsəd ölkə bazarını təhlükəli və keyfiyyətsiz tütün məhsullarından qorumaqdır.
