İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib.
Heftelik.az xəbər verir ki, bu barədə Lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib.
“Evimiz “Şamaxinka”da yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumi 10 min manat dəyərində oğurluq edilib”.
Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib:
“Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi polisindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyənləşib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edirilir”.
Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib.
Əhməd Oruc hazırda reanimasiyadadır.
