
Mal, xidmət, proses və idarəetmə sistemlərinin uyğunluğu sertifikatı 20 manatdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.
Akkreditasiya attestatı və ölçmə vasitələrinin tipinin təsdiqi də 20 manatdır. Normativ sənədlərin qeydiyyatı və dəyişikliyi üçün isə 2 manat rüsum tətbiq olunur. Bu, sənaye və xidmət sahələrində keyfiyyətin qorunmasını təmin edir.
