Yanğın bölmələri müstəqil isitmə, havalandırma, elektrik və avtomatlaşdırılmış yanğınsöndürmə sistemləri ilə təchiz edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Buraya transformator yarımstansiyası və müstəqil qidalanma sistemi daxildir. Yanğın stansiyası da nəzərdə tutulmalıdır. Bu sistemlərin işləməsi binanın təhlükəsizliyini artırır.