Yanğın maşınları üçün keçidlər və dönmə meydançaları olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.
Keçidlərin eni 6 m-dən, dönmə radiusu isə 18 m-dən az olmamalıdır. Dalanlı keçidlərdə avtonərdivan və avtoqaldırıcıların geri dönməsi üçün meydançalar 16 m-dən az olmamalıdır. Bu, təhlükəsiz manevr imkanlarını təmin edir. Yol yataqları və qrunt əsasları normativə uyğun olmalıdır.
