Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edəcək.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Volodimir Zelenski səfərin 19 noyabrda baş tutacağını açıqlayıb.
Volodimir Zelenski danışıqların intensivləşməsinə hazırlaşdıqlarını bildirib: “Tərəfdaşlara təklif edəcəyimiz inkişaf etmiş həllərimiz var. Müharibənin sonunu yaxınlaşdırmaq Ukraynanın ilk prioritetidir. Həm də mübadilələri bərpa etmək və məhbusları geri qaytarmaq üçün çalışırıq”.
