Tütün məmulatının istehsalı yalnız müvafiq icra hakimiyyəti orqanının xüsusi razılığı ilə həyata keçirilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
İstehsalçılar yerli xammaldan istifadə etməklə tütün qarışığını müəssisədə hazırlamalıdır. Bu qayda istehsalın şəffaf və təhlükəsiz aparılmasını təmin edir.
