Tütün məmulatının satışı 18 yaşına çatmamış şəxslərə qadağandır və satıcı alıcının yaşını təsdiq edən sənəd tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
Bu qayda gənclər arasında tütün istifadəsinin qarşısını almağa yönəlib. Satış məntəqələrində sağlamlığa zərər barədə maarifləndirici yazılar da olmalıdır.
