Yüksək binaların konstruksiyaları iqlim və temperatur təsirlərinə hesablanmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Konstruksiyaların qeyri-bərabər qızması kompensasiya edilməlidir. Üfüqi yük təsirləri ən əlverişsiz istiqamətdə nəzərə alınmalıdır. Külək və seysmik rezonans üçün h/d>7 olan binalarda yoxlama aparılmalıdır.