Tütün məmulatı istehsalçıları istifadə etdikləri inqrediyentlərin tam siyahısını dövlət orqanlarına təqdim etməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Tütün və tütün məmulatı haqqında” qanunda əksini tapıb.
Siyahıda maddələrin adları, miqdarı və funksiyaları göstərilməlidir. Bu məlumatların şəffaflığı istehlakçıların hüquqlarının qorunmasına xidmət edir.
