Türkiyə gələn il keçiriləcək BMT-nin iqlim sammitinə – COP31-ə ev sahibliyi edəcək.
Heftelik.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanese Braziliyada aparılan danışıqlar zamanı əldə olunan kompromis barədə məlumat verib.
Məlumata görə, hökumətlərarası danışıqlara Avstraliya rəhbərlik edəcək.
COP sammitləri dünyada iqlimlə bağlı fəaliyyətlərin istiqamətləndirilməsi üçün əsas qlobal platforma hesab olunur. Hazırkı kompromis qərar Türkiyə ilə Avstraliya arasında uzun müddətdir davam edən fikir ayrılığını həll etmiş sayılır. Hər iki ölkə hələ 2022-ci ildə COP31-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb və geri çəkilməkdən imtina ediblər.
Razılaşmaya əsasən, Türkiyə sammitin təşkilati ev sahibi olacaq, Avstraliya isə hökumətlər arasında aparılacaq rəsmi iqlim danışıqlarına başçılıq edəcək.
