Bu gün gələn il yayda ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

Heftelik.az Apasport.az-a istinadən xəbər verir ki, püşkatmada Türkiyə millisinin rəqibləri də bəlli olub.

Qardaş ölkə təmsilçisi pley-off-da Rumıniya ilə üz-üzə gələcək.

Türkiyə pley-offda Rumıniyanı məğlub edərsə, finalda Slovakiya – Kosova cütünün qalibi ilə qarşılaşacaq.

Avropa zonası üzrə pley-off cütləri:

A yolu:

İtaliya – Şimali İrlandiya

Uels – Bosniya və Herseqovina

B yolu:

Ukrayna – İsveç

Polşa – Albaniya

C yolu:

Türkiyə – Rumıniya

Slovakiya – Kosovo

D yolu:

Danimarka – Şimali Makedoniya

Çexiya – İrlandiya