Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.
Heftelik.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.
Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
