Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, qəza  Gəncə–Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb edilib. Avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həyatını itirənlər Ə. Abidin və H. Vəlizadədir.

Faktla bağlı araşdırma aparılır.