Bir neçə gün öncə insult keçirən Əhməd Orucun ailəsi göstərilən qayğı və mənəvi dəstək üçün Prezident İlham Əliyevə təşəkkür edib.
Bu barədə Heftelik.az-a açıqlamasında Əhməd Orucun oğlu Abdul Oruc bildirib.
“Ailəmin həyatında ən ağır sınaqlardan keçdiyi bu günlərdə yaranmış çətinliklərlə bağlı məlumatı Ədalət Vəliyev müəllimin rəhbərlik etdiyi Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə Əlaqələr Şöbəsinə vermişəm. Onun vasitəsi ilə məsələ Prezidentin diqqətinə çatdırılmış və ailəmizə göstərilən qayğı və mənəvi dəstək üçün dərin minnətdarlığımızı bildirirəm. Beş il əvvəl atamın ürək əməliyyatında yanımızda olan və indi atamın insult səbəbindən 5 gündür reanimasiyada ağır vəziyyətdə olarkən də eyni səmimi qayğı və diqqəti göstərən dəstək, ailəmiz üçün təkcə mənəvi təsəlli deyil, həm də ümid və güc mənbəyidir. Bu diqqət və qayğı, ailəmizin üzərinə çökən kədərin ağırlığını yüngülləşdirən, bizə səbir və ruh gücü verən ən qiymətli dayaqdır. Cənab Prezident tərəfindən ailəmizə göstərilən diqqət və qayğı, ailəmiz üçün həm mənəvi, həm də ruhsal bir dəstəkdir. Ailəmiz adından cənab Prezidentə bu diqqətə görə ən dərin minnətdarlığımızı və səmimi hörmətimizi bildirir, Allahdan uzun ömür və cansağlığı diləyirik”, – deyə Abdul Oruc bildirib.
