Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün dəqiq hesabat dövrləri müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Mühasibat uçotu haqqında” qanunda əksini tapıb.
Yeni yaradılan subyektlər üçün hesabat dövrü qeydiyyat tarixindən dekabrın 31-dək davam edir.
Oktyabrın 1-dən sonra qeydiyyatdan keçənlər üçün isə dövr növbəti ilin sonuna qədərdir.
Digər subyektlər üçün hesabat ili yanvarın 1-dən dekabrın 31-dək müəyyən edilib.