Pasportun verilmə MÜDDƏTİ

20 Noyabr 2025, 01:11

Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən pasportların verilməsi və dəyişdirilməsi rüsumla təmin olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət rüsumu haqqında” qanunda əksini tapıb.

Pasportun verilmə müddətinə və uşağın yaşına görə rüsum 10–160 manat arasında dəyişir. Beş və bir iş günü ərzində verildikdə rüsum fərqli tətbiq olunur. Pasportun itirilməsi və ya korlanması hallarında isə əlavə ödəniş nəzərdə tutulur.