Ötən gün səfərdə futbol üzrə 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin son turu çərçivəsində İspaniya yığması ilə oyundan 2:2 hesabı ilə heç-heçə ayrılan Türkiyə millisinin La Cartuja stadionunda oğurluqla üzləşdiyi məlum olub.

Heftelik.az-ın “Marca”-ya istinadən verdiyi məlumata görə, Türkiyə millisi meydanda olarkən soyunma otağına girən bir nəfər futbolçulara məxsus 200 min avro dəyərində bir saat və hər biri 60 min avro dəyərində iki üzüyü oğurlayıb.

Matçdan sonra soyunma otağına gələn türk futbolçular əşyalarının oğurlandığını görərək ispan polisinə şikayət ediblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb və oğurlanan əşyalar sahiblərinə qaytarılıb.

Aparılan araşdırma nəticəsində oğurluqla əlaqədar daha çox şəxsin saxlanılacağı gözlənilir.