Baş Prokurorluq Bakıda 4 nəfərin cərəyan vurması nəticəsində ölməsi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, hadisə noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”in qarşısında baş verib.

“Lake Hotel”in işçiləri 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun qeyd olunan hotelin qarsısında iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

 

***

saat 13.33

Binəqədi şosesində yerləşən restoranın yaxınlığında 4 nəfər cərəyan vurması nəticəsində ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırma aparılır.