Binaların isitmə, havalandırma, isti su təchizatı və kondisiyalaşdırma sistemləri müstəqil istilik təchizatı mənbələrindən təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Mərkəzləşdirilmiş isitmə sistemi texniki-iqtisadi əsaslandırma olduqda nəzərdə tutula bilər. Daxili istilik təchizatı il boyu fasiləsiz istilik təmin etməlidir. Binaların istilik sistemləri enerji səmərəliliyi prinsiplərinə uyğun layihələndirilməlidir.