Braziliyanın Belém şəhərində BMT-nin COP30 iqlim danışıqlarının keçirildiyi məkanda yanğın olub.
Heftelik.a z xəbər verir ki, COP30 konfransının pavilyonlarından birində yanğın baş verib və təşkilatçılar nümayəndə heyətini, jurnalistləri və işçiləri təcili olaraq təxliyə etməyə məcbur olublar.
Hadisə mərkəzin milli və tematik stendlərinin yerləşdiyi sərgi zonasında baş verib.
İlkin məlumatlara görə, yanğına elektrik nasazlığı səbəb ola bilər, lakin rəsmi səbəb hələ təsdiqlənməyib.
Yanğın tez bir zamanda söndürülüb, ilkin məlumata görə, xəsarət alan olmayıb, lakin konfrans müvəqqəti olaraq dayandırılıb.
“Associated Press” yanğın nəticəsində 13 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 konfransında baş verən yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Azərbaycan nümayəndə heyəti yanğın zamanı hər hansı xəsarət almayıb.
