Dəmiryolu tunellərində siqnalizasiya işıqlarının fasiləsiz işləməsi üçün iki saatlıq akkumulyator ehtiyatı olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, ‘Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları’nda əksini tapıb.

Bu tələb, qəza və enerji kəsintiləri zamanı işıq siqnallarının işləməsini təmin etməyə yönəlib.

Ehtiyat enerji sistemi tunelin təhlükəsizliyini artırır və qatar hərəkətinin idarə olunmasını asanlaşdırır.

Qaydalar həmçinin bu sistemlərin dövri texniki baxışdan keçirilməsini də nəzərdə tutur.