Lisenziya və icazə sisteminin tənzimlənməsi səlahiyyətli orqan tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Lisenziyalar və icazələr haqqında” qanunda əksini tapıb.
Orqan dövlət siyasətinin işlənib hazırlanmasına qatılır və onun həyata keçirilməsini təmin edir. Hüquqi aktların layihələrinin hazırlanması və qanunvericiliyin təkmilləşdirilməsi də funksiyaları arasındadır. Lisenziyalar və icazələr üzrə izahatlar vermək də orqanın öhdəliyindədir.
