Lisenziya və icazə tətbiq edilərkən bütün maraqların balansı təmin olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Lisenziyalar və icazələr haqqında” qanunda əksini tapıb.

Lisenziyanın və icazənin tətbiqi yalnız alternativ yollar olmadıqda mümkündür. Prosedur sahibkarlıq fəaliyyətinin rəqabətini məhdudlaşdırmamalıdır. Bu, həm sahibkar, həm dövlət, həm də ictimaiyyət üçün ədalətli yanaşmanı təmin edir.