Lisenziya və icazə itirildikdə və ya zədələndikdə, sahibkar dublikat üçün müraciət edə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, “Lisenziyalar və icazələr haqqında” qanunda əksini tapıb.

Orqan ərizəni aldıqdan sonra 3 iş günü ərzində dublikatı təqdim edir. Sahibi fəaliyyətini ərizənin qeydiyyat tarixi əsasında davam etdirə bilər. Dublikat itirilmiş və ya zədələnmiş sənədlə eyni hüquqi qüvvəyə malikdir.