Tunellərin və tunelyanı qurğuların inşasında istifadə edilən materiallar möhkəmlik, odadavamlılıq və uzunömürlülük tələblərinə cavab verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tunel tikintisi və istismarı üzrə normativlər”də əksini tapıb.

Materiallar qrunt sularının kimyəvi təsirlərinə və mikroorqanizmlərin dağıdıcı effektlərinə qarşı dayanıqlı olmalı, toksik maddələr buraxmamalıdır. Bütün tikinti materialları qanunvericiliyə uyğun sertifikatlarla təsdiqlənməlidir. Hidroizolyasiya isə tunel geyimlərinin deformasiya dərəcəsinə uyğun elastiklik səviyyəsinə malik olmalıdır.