Tunellərin layihələndirilməsi zamanı yanğın təhlükəsizliyi sistemlərinin inteqrasiyası əsas tələblərdən biridir.

Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.

Sənəddə yanğın detektorları, havalandırma sistemləri və təxliyə yollarının mütəmadi yoxlanması vacib sayılır. Qaydalar həmçinin fövqəladə hallarda avadanlıqların avtomatik rejimdə işləməsini nəzərdə tutur. Bu tədbirlər insanların təhlükəsizliyini və tunel infrastrukturunun davamlılığını təmin etməyə yönəlib.