Tunellərin dayanıqlığının təmin edilməsi üçün müxtəlif təsir yükləri nəzərə alınır.

Heftelik.az-ın məlumatına görə, bu, “Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən, yük əmsalları tikinti mərhələsində geoloji şərait və tunelin dərinliyindən asılı olaraq tətbiq olunur. Hər bir tunel üçün xüsusi hesablamalar aparılaraq, materialların davamlılıq göstəriciləri müəyyən edilir. Bu tələblər tikintinin təhlükəsizliyini və uzunömürlülüyünü təmin etməyə yönəlib.