Yüksək binalar ünvanlı yanğın həyəcan sistemi ilə təmin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”də əksini tapıb.

Sistem bütün bina və ya yanğın bölməsi üçün bütöv layihələndirilməlidir. Ehtiyat genişlənmə imkanları nəzərə alınmalıdır. Yanğın postu kompleks təhlükəsizlik sistemi ilə əlaqələndirilə bilər.