Xalq şairi Nəriman Həsənzadənin səhhəti ağır-stabil olaraq qalır.

Heftelik.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

“Xəstə stasionar müalicə alır. Vəziyyəti ağır-stabil olaraq qalır”,-deyə bildirilib.

Qeyd edək ki, Nəriman Həsənzadə böyrəyində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib.