Ukraynada korrupsiya işi üzrə axtarışa verilən şəxslərin adları açıqlanıb.
Heftelik.az APA-ya istinadən verdiyi xəbərə görə, axtarılanlar arasında prezident Volodimir Zelenskinin yaxın dostu kimi tanınan iş adamı Timur Mindiç və onun maliyyəçisi Aleksandr Tsukerman da var.
Qeyd edək ki, Mindiç 2025-ci il noyabrın 10-dan, Tsukerman isə noyabrın 20-dən itkin düşmüş kimi sayılır.

