Türkiyəli aktrisa İrem Helvacıoğlu və həyat yoldaşı Ural Kaspar boşanır.

Heftelik.az Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, ötən il ailə həyatı quran cütlük anlaşmalı boşanma qərarı verib.

Belə ki, sevgili olduqları vaxtlarda da dəfələrlə ayrılıb barışan İrem və Uralın evlilik qərarı da təəccüblə qarşılanmışdı.

Hələ ki nə Helvacıoğlu, nə də Kaspar bu məsələ ilə bağlı açıqlama verib.

Qeyd edək ki, ötən ay cütlüyün ilk övladı doğulub.