Avtomobil yolları tunellərinin portallarında distansiyadan idarə olunan işıq siqnalları yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, ‘Tunellərin layihələndirilməsi və tikintisi Qaydaları’nda əksini tapıb.
Qəza vəziyyətində nəqliyyatın tunelə girişinin qarşısı bu siqnallar vasitəsilə alınacaq.
Uzunluğu 300 metrdən artıq tunellərdə qoruyucu siqnalizasiya sistemi mütləqdir.
Bu sistemlər qəza zamanı avtomatik xəbərdarlıq funksiyasını da yerinə yetirəcək.
