
Bakıda çoxmərtəbəli binada baş verən yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
Heftelik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
***
saat 16.53
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Heftelik.az FHN-ə istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
